AZ

Estoniya Rusiya aktivlərindən istifadə etmək üçün çağırış etdi

Estoniyanın baş naziri Kaya Kallas X sosial şəbəkəsində dondurulmuş Rusiya aktivlərinin Ukraynaya kömək üçün istifadə edilməsinə çağırıb.

Oxu24.com-un xəbərinə görə, baş nazir vurğulayıb ki, Moskva Kiyevə dəymiş ziyanı ödəməli olacaq.

Kallas xatırladıb ki, Estoniya parlamenti Rusiya aktivlərinin Ukraynaya verilməsinə icazə verən qanun qəbul edib. 

Qeyd edək ki, bundan əvvəl Estoniya prezidenti Alar Karis dondurulmuş Rusiya aktivlərinin Kiyevə kömək məqsədilə istifadəsinə icazə verən qanunu elan edib. Sənəd yalnız hərbi təcavüzün törədilməsində və ya müharibə normalarının pozulmasında fəal iştirak etmiş şəxslərin əmlakının müsadirəsinə və istifadəsinə icazə verir. 

Yeganə

Mənbə: Apnews.com
 

Seçilən
98
35
oxu24.com

10Mənbələr