AZ

Ferstappen ardıcıl üçüncü il Kanadada qalib gəldi

Həftəsonu Monreal trassında “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi keçirildi.

“Football-plus.az” xəbər verir ki, Monako mərhələsində Şarl Lekler qalib gəlmişdisə, bu dəfə Maks Ferstappen heç kimə şans vermədi. “Red Bull”un niderlandlı pilotu Lando Norrislə Corc Rasselli qabaqlaya bildi. Ferstappen cari mövsümdə 6-cı, karyerasında isə 60-cı dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Hazırda hesabında 194 xal olan niderlandlı ən yaxın rəqibini – “Ferrari”nin pilotu Lekleri (138) 56 xal qabaqlayır. İlk “3-lüy”ü “Maklaren”in pilotu Norris (138) apayır. Dünya çempionatın növbəti mərhələsə iyunun 21-23-ü aralığında İspaniyada keçiriləcək.

Ardıcıl 3-cü il Kanada mərhələsinin qalibi olan Ferstappen fikirlərini jurnalistlərlə bölüşüb:
“Çox dəlilov yarış oldu, çox şey baş verdi. Bugünün şərtlərinə uyğun yarışmalıydıq. Bu gün komanda şəklində işimizin öhdəsindən yaxşı gəldik. Sakitliyi qoruduq, pit-stoplara vaxtında qədəm qoyduq. Təhlükəsizlik maşını bizim üçün yaxşı işlədi, fərqi qorumaq üçün başdan sona qədər yaxşı çalışdıq. Bugünkü yarışı çox bəyəndim. Şən keçdi. Bəzən belə yarışlar çox vacibdi”.


Təsnifat mərhələsi
1. Corc Rassell (B.Britaniya) 1.12,000
2. Maks Ferstappen (Niderland) 1.12,000
3. Lando Norris (B.Britaniya) 1.12,021
4. Oskar Piastri (Avstraliya) 1.12,103
5. Daniel Rikkyardo (Avstraliya) 1.12,178
6. Fernando Alonso (İspaniya) 1.12,228
7. Lüis Hemilton (B.Britaniya) 1.12,280
8. Yuki Sunoda (Yaponiya) 1.12,414
9. Lens Stroll (Kanada) 1.12,701
10. Aleksandr Albon (Tayland) 1.12,796
11. Şarl Lekler (Monako) 1.12,691
12. Karlos Sayns (İspaniya) 1.12,728
13. Loqan Sarcent (ABŞ) 1.12,736
14. Kevin Maqnussen (Danimarka) 1.12,916
15. Pyer Qasli (Fransa) 1.12,940
16. Serxio Peres (Meksika) 1.13,326
17. Valtteri Bottas (Finlandiya) 1.13,366
18. Esteban Okon (Fransa) 1.13,435
19. Niko Hülkenberq (Almaniya) 1.13,978
20. Quanyuy Çjou (Çin) 1.14,292
Həlledici mərhələ
305,270 km (4361 metrlik 70 dövrə)
1. Maks Ferstappen Red Bull 1:45.47,927
2. Lando Norris Maklaren +3,879
3. Corc Rassell Mersedes +4,317
4. Lüis Hemilton Mersedes +4,915
5. Oskar Piastri Maklaren +10,199
6. Fernando Alonso Aston Martin +17,510
7. Lens Stroll Aston Martin +23,625
8. Daniel Rikkyardo RB +28,672
9. Pyer Qasli Alpin +30,021
10. Esteban Okon Alpin +30,313
11. Niko Hülkenberq Haas +30,824
12. Kevin Maqnussen Haas +31,253
13. Valtteri Bottas Zauber +40,487
14. Yuki Sunoda RB +52,964
15. Quanyuy Çjou Zauber 1 dövrə
Şarl Lekler, Karlos Sayns (hər ikisi “Ferrari”), Aleksandr Albon, Loqan Sarcent (hər ikisi “Uilyams”) və Serxio Peres (Red Bull) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 194 xal
2. Şarl Lekler 138
3. Lando Norris 131
4. Karlos Sayns 108
5. Serxio Peres 107
6. Oskar Piastri 81
7. Corc Rassell 69
8. Lüis Hemilton 55
9. Fernando Alonso 41
10. Yuki Sunoda 19
11. Lens Stroll 17
12. Daniel Rikkyardo 9
13. Oliver Berman 6
14. Niko Hülkenberq 6
15. Pyer Qasli 3
16. Aleksandr Albon 2
17. Esteban Okon 2
18. Kevin Maqnussen 1
Mühəndislər kuboku
1. Red Bull 301 xal
2. Ferrari 252
3. Maklaren 212
4. Mersedes 124
5. Aston Martin 58
6. RB 28
7. Haas 7
8. Alpin 5
9. Uilyams 2
Seçilən
78
1
football-plus.az

3Mənbələr