AZ

Alimlər ürək hüceyrələrini bərpa etmək üçün yeni üsul hazırlayıblar

Stenli Mann adına Uşaq Tədqiqat İnstitutunun alimləri orqanın hüceyrələri tərəfindən qlükoza istehlakını stimullaşdırmaqla ürəyin bərpası üçün yeni üsul hazırlayıblar.

Tədqiqatın nəticələri Journal of Clinical Investigation (JCl) jurnalında dərc olunub.

Yeni regenerasiya üsulu kardiyomiyositlərin – ürəyin əzələ hüceyrələrinin bərpasına əsaslanır. Onlar ürək əzələsinin daralmasından məsuldurlar. Bu hüceyrələrin zədələnməsi (və buna görə də ürək funksiyasının pozulması) anadangəlmə ola bilər. Belə patoloji dəyişikliklər ürək qüsurları adlanır. Həmçinin, ürək böhranı nəticəsində kardiomisitlər zədələnə bilər.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə yetkin gəmiricilərin ürəyindəki mitoxondrial (hüceyrələrin enerji istehsal edən komponentləri) UQCRFS1 genini silib, onların embriona bənzər vəziyyətə qayıtmasına səbəb olub. Nəticələr göstərdi ki, zədələnmiş ürək toxuması olan yetkin siçanlarda UQCRFS1 sıxışdırıldıqdan sonra hüceyrələr bərpa olunmağa başlayıb.

Həmçinin məlum olub ki, miokard hüceyrələri daha çox qlükoza istehlak etməyə başlayıb. Ana bətnində inkişaf edən dölün kardiyomiyositləri belə fəaliyyət göstərir. Alimlər izah ediblər ki, orqanizmdə mövcud olan qlükozadan daha səmərəli istifadə etməklə, ürək hüceyrələri mitoxondriyadan enerji istifadə etmədən özlərini effektiv şəkildə bərpa edə bilirlər.

Mənbə: haberler.com

Seçilən
146
36
dogru.az

10Mənbələr