AZ

2024-cü ilin yay dəbi NECƏ OLACAQ? - VİDEO

2024-cü ilin yay dəbi NECƏ OLACAQ? - VİDEO

Havalar isindikcə paltarlar rənglənməyə başlayır. Yazın və yayın gəlişi tək təbiəti deyil, həm də dəb aləmini ruhlandırır. Hər il olduğu kimi, bu ildə allı-güllü baharın rəngləri dəbdə olacaq.

Yay aylarında bədənə kip oturan donlar, ciddi ofis geyimləri bu ildə dəbini qoruyur. Ən trend rənglər isə qırmızı, yaşıl və çəhrayı tonlar olacaq.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Aztv xəbər"in əməkdaşları maraqlı süjet hazırlayıb:

" Yay aylarında narıncıya çalan açıq rənglər dəbdədir. Bundan əlavə yaşıl və püstə rəngləri, onun çalarları, mavi rənglər dəbdədir. Geyimlərə gəldikdə isə kostyumlar trenddədir. Enli şalvarlar bu il çox dəbdədir. Ona uyğun olaraq böyük bijuteriyalar çox gözəl görkəm yaradır".

Dizaynerlər deyir ki, kiçik yarı klassik çantaları bu il idi tutumlu çantalar əvəz edəcək. Kəpənək formalı saç trendləri dəbdə olacaq. Bu zaman onu istənilən geyimlə kombin etmək mümkündür.

Ətraflı "Aztv Xəbər"in süjetində:

Seçilən
73
17
sonxeber.az

10Mənbələr