AZ

Blinken :HƏMAS-a təzyiq göstərməliyik

Birləşmiş Ştatlar Yaxın Şərq ölkələrinin Qəzza zolağında danışıqlar nəticəsində əldə edilmiş atəşkəs razılaşmalarının həyata keçirilməsi üçün HƏMAS hərəkatına təzyiq göstərməsində israr edir.

Vətəninfo.az xəbər verir ki , TASS-ın məlumatına görə, bu barədə jurnalistlərə ABŞ dövlət katibi Entoni Blinken Misir rəhbərliyi ilə danışıqlardan sonra bildirib.

Onun sözlərinə görə, onun region hökumətlərinə və xalqına mesajı budur ki, əgər onlar Qəzzada fələstinlilərin dəhşətli iztirablarını yüngülləşdirmək, girovların qaytarılması və atəşkəs istəyirlərsə, o zaman HƏMAS-a təzyiq göstərsinlər.

“Əgər bu atəşkəsə nail olsaq, bu, həm də Qəzzada daha böyük təhlükəsizlik, əmin-amanlıq və sülhə zəmin yaradacaq”, – Blinken bildirib.

O, ABŞ və Misirin nöqteyi-nəzərindən razılığın əldə oluna biləcəyini vurğulayıb.

Onun qənaətinə görə, Misir, ABŞ və digər ölkələr hesab edir ki, siz tərəfləri razılığa gəlməyə məcbur edə bilərsiniz.

“Lakin heç birimiz HƏMAS-ın və onun liderlərinin ağlında nə olduğunu bilmirik. Ona görə də cavabın nə olacağını bilmirik”, – ABŞ xarici siyasət rəsmisi bildirib.

O, HƏMAS ilə danışıqların davam etdiyini təsdiqləyib.

Mayın 31-də ABŞ prezidenti Co Bayden üç mərhələdən ibarət olan yeni sülh sazişi layihəsinin şərtlərini dərc edib.

Birincisi, tam atəşkəs, İsrail qoşunlarının Qəzzanın məskunlaşmış bölgələrindən çıxarılması, girov və məhbusların qarşılıqlı azad edilməsi daxil olmaqla altı həftə müddətinə nəzərdə tutulub.

Həmin müddət ərzində tərəflər danışıqlara başlamalıdır və atəşkəs qarşılıqlı anlaşma əldə olunana qədər qüvvədə olacaq.

İkinci mərhələ bütün girovların, o cümlədən hərbçilərin azad edilməsini əhatə edir.

Üçüncü mərhələ Qəzza zolağının bərpası və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
44
veteninfo.az

10Mənbələr