AZ

Ağdərədə Talış kəndində 158 ədəd yaşayış evinin tikintisi 28 milyon manata başa gələcək

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Az Caspian Construction” MMC ilə 28 milyon manatlıq müqavilə bağlayıb.

Dia-az.İnfo xəbər verir ki, müqavilədə Ağdərə rayonu, Talış kəndində 2-ci faza üzrə söküntü, şaquli planlaşdırma və 158 ədəd (10 ədədi bərpa, 148 ədədi yeni tikili olmaqla) fərdi yaşayış evinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 27 695 543 AZN təşkil edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
1
bakuinform.agency

10Mənbələr