AZ

Qarabağ Universitetinin rektoru UNEC tələbələri ilə görüşüb - FOTO

Qarabağ Universitetinin rektoru dosent Şahin Bayramov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.
 
UNEC-dən Moderator.az-a bildirilib ki, görüşdə ilk dəfə tələbə qəbulu həyata keçirəcək Qarabağ Universitetində təhsil almağın üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, xüsusi təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.
 
“SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova isə Qarabağ Universitetində “SABAH” qrupları üzrə açılan ixtisaslar və qəbul qaydaları ilə bağlı tələbələri məlumatlandırıb.
 
Çıxışlardan sonra tələbələrin sualları cavablandırılıb.

Seçilən
64
50
moderator.az

10Mənbələr