AZ

Ermənistanda parlamentin növbədənkənar iclası çağırılır -HÖKUMƏTİN İSTEFASI MƏSƏLƏSİNƏBAXILACAQ

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan iyunun 17-də parlamentin növbədənkənar iclasının çağırılması barədə göstəriş verib, iclasın gündəliyinə hökumətin istefası və yeni Nazirlər Kabinetinin formalaşdırılmasının zəruriliyi ilə bağlı layihə daxil ediləcək.

 

Senzor.az bildirir ki, göstərişin mətni qanunverici orqanın saytında dərc olunub.

 

Qeyd edək ki, bazar günü axşam “Vətən naminə Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan müxalifətin parlamentdə baş nazir Nikol Paşinyanın impiçmenti prosesini başladacağını bəyan edib. Qalstanyan iyunun 12-də günortadan sonra tərəfdarlarını İrəvanda parlament binası yaxınlığında toplaşmağa çağırıb.

 

**18:24


Ermənistan parlamentinin şurası müxalifətin baş nazir Nikol Paşinyanın impiçmentini müzakirə etmək üçün növbədənkənar iclas çağırmaq təklifini rədd edib.

 

“Sputnik Armeniya” bildirir ki, bu barədə “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan açıqlama verib.

 

Bundan əvvəl müxalifət parlamentin növbədənkənar sessiyanın gündəliyinə hökumətin istefası və yeni hökumətin formalaşdırılması ilə bağlı məsələnin salınmasını təklif edib.

 

“Vətəndaş müqaviləsi”nin parlament fraksiyasının rəhbəri Hayk Kondjoryan müxalifəti plenar iclas zamanı onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparmağa və ya "Parlament saatı"nda seçilmiş baş nazirə və hökumətə müraciət etməyə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
20
senzor.az

10Mənbələr