AZ

"Fetal Mərkəz NS Genetics" MMC - 8 min manata kimi - CƏRİMƏ EDİLƏ BİLƏR

"Fetal Mərkəz NS Genetics" MMC əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması)  inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 215.4-cü  maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə  qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Nəimanov Rayon məhkəməsində  hakim Gültəkin Əsədovanın icraatındadır.

Məhkəmə baxış iclası 20 iyun 2024-cü il, saat 09:30-a təyin edilib.

Seçilən
67
2
fed.az

10Mənbələr