AZ

Zaxarova: Rusiya təqib olunan rusiyalılara hər cür yardım göstərəcək

Rusiya Federasiyasının rəhbərliyi regionlara və idarələrə Qərbdə təqiblərə məruz qalan həmvətənlərə maksimum dəstək verməyi tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a müsahibəsində deyib.

“Onların çoxu elə bir vəziyyətdədir ki, onlar üçün dövlət proqramının həyata keçirilməsini və ya onlara təcili vətəndaşlıq verilməsini gözləyə bilmirlər. Departamentlər ölkə rəhbərliyindən maksimum dəstək üçün göstərişlər alıblar”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
126
50
ikisahil.az

10Mənbələr