AZ

Sabahın hava proqnozu

36 dərəcə isti olacaq
İyunun 10-a gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, məlumat sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 20-24 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 45-55% olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Gecə 18-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
49
ayna.az

10Mənbələr