AZ

Baş prokuror Ağsu rayonunda vətəndaşları qəbul edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevintapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindənvətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə vəşikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiqtədbirlər görülür.

Trend xəbər verir ki, iyunun 7-də Baş prokuror Kamran ƏliyevAğsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı,Qobustan rayonu və digər bölgələrdən olan vətəndaşları qəbuledib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri HeydərƏliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərəkəziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 40 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeydolunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icraorqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən KamranƏliyev onlara konkret tapşırıqlar verib, vətəndaşlarınmüraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinəgörə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətəçatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasirinformasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən“Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti iləyerində tanış olaraq işin daha da təkmilləşdirilməsi vəsəmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
18
az.trend.az

10Mənbələr