AZ

Dünyada hər gün 1,6 milyon insan bu səbəbdən xəstələnir

\"Yoluxucu xəstəliklərin 40 faizinin 5 yaşdan kiçik uşaqlarda rast gəlinir\".
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) \"Qidalanma və Qida Təhlükəsizliyi Departamenti\"nin direktoru Françesko Branka 7 iyun \"Ümumdünya Qida Təhlükəsizliyi Günü\" münasibətilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında insanların qəbul etdiyi mənşəyi bilinməyən qidalar haqda danışıb.
 
Branka dünyada hər gün təxminən 1,6 milyon insan təhlükəli qidalar səbəbindən xəstələnir: \"Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidaya görə xəstələnir. Yoluxucu xəstəliklərin 40 faizinin 5 yaşdan kiçik uşaqlarda görülür\".

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən Branca, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb.

\"Dünyanın bir çox yerlərində baş verən humanitar böhranlar ərzaq təhlükəsizliyini təhlükə altına qoyur. Qida yalnız təhlükəsiz olduqda qida ehtiyaclarını ödəyə bilər\" - deyə Branka bildirib.
 
Gülay
Seçilən
85
8
azxeber.com

10Mənbələr