AZ

Nüşabə Ələsgərli NƏNƏ olub – VİDEO 

Əməkdar artist Nüşabə Ələsgərli nənə olub. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Xəbərin var?” verilişinə müsahibəsində deyib. 

N.Ələsgərli bildirib ki, qızı Nigar ana olub: 

“Yeni doğulan nəvəmi hələ gedib görməmişəm. Qızım Belçikada yaşayır. Yaxın zamanda gedib nəvəmi görəcəyəm. Çalışıram ki, yaxşı nənə olum”. 

N.Ələsgərli oğlu Orxandan da söz açıb. Müğənni övladını özü seçdiyi xanımla evləndirəcəyini vurğulayıb: 

“Oğlum hələ subaydır. Orxan öz sevdiyini tapsın, sonra evləndirim. Biz hansı əsrdə yaşayırıq ki, mən gəlin tapım? Onlar yaşayacaqlar, bir-birini sevməlidirlər. Qısqanc olmayacağam. Oğlum xoşbəxtdirsə, mən də xoşbəxt olacağam”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
bizim.media

10Mənbələr