AZ

Dövlət Fitosanitar Xidməti cərimələnə bilər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Xidmətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
93
13
e-huquq.az

10Mənbələr