AZ

Yenə də Aranda günəşli, dağlarda yağış və duman...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 7-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında: Əksər rayon­larda əsasən yağmursuz keçəcək. Lakin gün­düzdən başlayaraq, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısa­müddətli leysan xarakterli olacağı, şimşək çaxa­cağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir zəif duman olacaq. Şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 19-24°, gündüz 34-39°, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacaq. 

Q. QASIMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
5
xalqqazeti.az

10Mənbələr