AZ

"ABŞ həyəcan içindədir: Rusiyanın hərbi gəmiləri Amerika sahillərinə yan alır" - "Der Spiegel"

"Rusiya dünyanın böyük dövləti kimi öz gücünü nümayiş etdirmək qabiliyyətində olduğunu göstərmək istəyir..."
 
"Ukraynada "xüsusi hərbi əməliyyat" başlanandan sonra Moskva ilə Vaşinqton arasında yeni "buz dövrü" başlayıb..."
 
Vaşinqton Rusiya donanmasının Karib dənizində təlimləri ərəfəsində "zahirən sakit" davranır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.
 
Qərb bu təlimləri etinasız olaraq "güc nümayişi" adlandırır. Buna baxmayaraq, ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndələri hər ehtimala qarşı bu təlimlərdə müşahidəçi qismində iştirak edəcək.
 
Ukraynada "xüsisi hərbi əməliyyat" başlanandan sonra Moskva və Vaşinqton arasında yeni "buz dövrü" başlayıb. Ən kəskin məqamlardan biri Rusiya-Ukrayna münaqişəsi başlanandan sonra yaranmış gərginlik fonunda Kremlin Karib dənizi hövzəsində planlaşdırdığı hərbi təlimləridir, Birləşmiş Ştatlar belə hesab edir.
 
"Biz Rusiyanın bu yay Birləşmiş Ştatların yaxınlığında gücləndirilmiş hərbi-dəniz və hava təlimlərini keçirəcəyini gözləyirik. Bu tədbirlərin kulmunasiası kimi Rusiyanın qlobal hərbi-dəniz təlimləri olacaq", - bu barədə ABŞ hökumətinin nümayəndəsi jurnalistlərə bəyan edib.
 
Vaşinqton buna təmkinli yanaşır, bu təlimlərə hərbi-dəniz fəaliyyətinin bir hissəsi kimi baxır və ABŞ Rusiyanın bu manevrlərindən narahat deyil, onlar Birləşmiş Ştatlar üçün birbaşa təhlükə törətmir.
 
"Güc nümayişi"
 
"Söhbət ondan gedir ki, Rusiya dünyanın böyük dövləti kimi öz gücünü nümayiş etdirmək qabiliyyətində olduğunu göstərir", - Ağ Ev bəyan edib. Buna baxmayaraq ABŞ Hərbi-Dəniz Qüvvələri təlimlərin müşahidə edildiyi yerdə iştirak edəcək. 
 
Rusiya sonuncu dəfə 2008-ci ilin payızında Venesuela ilə birgə iri hərbi-dəniz manevrləri keçirib. Hər iki donanmanın döyüş gəmiləri ilə yanaşı təlimlərdə Venesuelanın sualtı qayıqları və təyyarələri iştirak edib. 
 
Manevrlər Gürcüstanda münaqişədən tez bir zaman sonra keçiriib. O zamandan Moskva Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziyanın ərazilərinə nəzarət edir və onları müstəqil dövlətlər kimi tanıyıb.
 
2014-cü ildə Ukraynanın Krım yarımadasının ilhaqından sonra Rusiya öz manevrlərini ABŞ sahillərində təkrarlayıb və özünün uzaqmənzilli bombardmançı təyyarələrinin Amerikanın Florida ştatının sahilində patrul uçuşları barədə elan edib.
 
Müəllif: Mark Röliq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
50
moderator.az

10Mənbələr