AZ

Digər ölkələr“Boeing”in “Starliner”i BKS-ə yanaşıb

Göyərtəsində Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtı olan “Boeing CST-100” Starliner Beynəlxalq Kosmik Stansiyaya (BKS) yanaşıb.

“Far.Az” xəbər verir ki, yayım NASA-nın saytında aparılıb.

Yanaşma ABŞ-nin Şərq sahili vaxtı ilə saat 13:34-də (Bakı vaxtı ilə 21:34) baş tutub. Məlumata görə, bir müddət sonra gəminin ekipajı – Butç Uilmor və Sunita Uilyams orbital stansiyaya keçməlidirlər.

Onların BKS-də 8 gün qalması gözlənilir. “Starliner” daha sonra Nyu-Meksikodakı Uayt-Sənds poliqonuna yumşaq eniş etməlidir.

Uçuşun əsas missiyası kosmik gəminin ekipajları kosmik stansiyaya daşımaq və onları Yerə qaytarmaq bacarığını yoxlamaqdır.

Seçilən
75
28
far.az

10Mənbələr