AZ

“Boeing”in “Starliner”i BKS-ə yanaşıb

Göyərtəsində Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki astronavtı olan “Boeing CST-100” Starliner Beynəlxalq Kosmik Stansiyaya (BKS) yanaşıb.

7Times.az xəbər verir ki, yayım NASA-nın saytında aparılıb.

Yanaşma ABŞ-nin Şərq sahili vaxtı ilə saat 13:34-də (Bakı vaxtı ilə 21:34) baş tutub. Məlumata görə, bir müddət sonra gəminin ekipajı – Butç Uilmor və Sunita Uilyams orbital stansiyaya keçməlidirlər.

Onların BKS-də 8 gün qalması gözlənilir. “Starliner” daha sonra Nyu-Meksikodakı Uayt-Sənds poliqonuna yumşaq eniş etməlidir.

Uçuşun əsas missiyası kosmik gəminin ekipajları kosmik stansiyaya daşımaq və onları Yerə qaytarmaq bacarığını yoxlamaqdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
28
7times.az

10Mənbələr