Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya İdarəsi məlumat yayıb.
“Qardaş ölkə Azərbaycanla miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzaladıq”, – idarənin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.