AZ

Aİ-nin səfiri: "Gürcüstanla vizasız rejimin dayandırılması ehtimalı azdır"

Qerçinski: "Gürcü xalqı cəzalandırılmamalı və etmədiklərinin əvəzini ödəməməlidir"
Aİ və Gürcüstan arasında vizasız rejimin dayandırılması ehtimalı azdır. AYNA "Report"a istinadən xəbər verir ki, by barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
"Mən dəfələrlə bəyan etmişəm və Avropa İttifaqına müvafiq çağırışlar etmişəm ki, gürcü xalqı cəzalandırılmamalı və etmədiklərinin əvəzini ödəməməlidir. Əksinə onlar etirazlarını bildirib və yenə də bildirməkdə davam edirlər. Vətəndaş cəmiyyəti və QHT-lərə isə dəstəyimiz azalmayacaq”, - P.Qerçinski bildirib.
Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri iyunun 24-də Lüksemburqda “xarici agentlər” haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana qarşı hansı tədbirlərin görüləcəyini müzakirə edəcəklər.

Seçilən
91
38
ayna.az

10Mənbələr