AZ

İskəndəryan: Ermənistan-Rusiya münasibətləri böhran içindədir, Azərbaycan-Rusiya münasibətləri isə inkişaf edir

Ermənistan-Rusiya münasibətləri böhran içindədir, Azərbaycan-Rusiya münasibətləri ən azı hansısa inkişaf mərhələsindədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Aleksandr İskəndəryan deyib.

“Rusiya və Ermənistanın Müdafiə və Xarici İşlər nazirlikləri arasında ümumiyyətlə əməkdaşlığın olmadığını söyləmək mümkün deyil. Ermənistan ərazisində bir çox rus təşkilatları fəaliyyət göstərir, məsələn, rus ordusu, rus sərhədçiləri, rus biznesi. Buna uyğun olaraq həm o, həm də digər nazirliklərlə əlaqələr var.

Ancaq böhran göz qabağındadır və uzun müddətdir, bəlkə də 2020-ci ildən bəri göz qabağındadır. Bunu bir çox parametrlər müəyyənləşdirir, əsas parametrlər 2020-ci il Qarabağ müharibəsi, Ukrayna müharibəsi və “DQR”in yox olmasıdır.

Hər iki tərəfdə məyusluq var. Ermənistan tərəfindən, Rusiyanın Cənubi Qafqazda təhlükəsizlik inhisarçısı olaraq qalacağı və Ermənistan üçün təhlükəsizlik təminatçısı olacağı ilə bağlı əsassız gözləntilər var idi. Rusiya tərəfindən isə Rusiyanın maraq dairəsi hesab etdiyi hər hansı bir dövlətdə Qərbə qarşı hər hansı istəklə bağlı qısqanclıq var”, - deyə İskəndəryan qeyd edib.

“Ermənistan uzun, incə iş əvəzinə daim bir sadə həll yolu tapmağa çalışır. İndi Ermənistan bir mifdən digərinə keçir. Əvvəllər belə bir mif var idi ki, Rusiya bizi xilas edəcək, indi isə belə bir mif var ki, Qərb bizi xilas edəcək.

Fransızlar gələcək, Bayden nəsə deyəcək, biz delimitasiya çəkəcəyik, əraziləri verəcəyik və bundan sonra hər şey yaxşı olacaq. Nə sülh müqaviləsi imzalanandan sonra, nə delimitasiyadan sonra hər şey yaxşı olmayacaq”,-deyə erməni politoloq qeyd edib.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
musavat.com

10Mənbələr