AZ

Siyəzəndə yanacaqdaşıyan avtomobil piyadanı vurub

Bakı-Quba avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə yolun Siyəzən rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1983-cü il təvəllüdlü Elşən Əzizovu yanacaqdaşıyan avtomobil vurub. Nəticədə piyada hədisə yerində ölüb.

Faktla bağlı araşdirma aparılır.

Seçilən
103
37
report.az

10Mənbələr