AZ

Baltik dənizində NATO ölkələrinin ən böyük hərbi təlimləri keçiriləcək

 
"Sayca 53-cü olan bu təlimlər Alyansın birliyini və düşmənə müqavimət göstərmək qətiyyətini nümayiş etdirir..."
 
"Rusiya son vaxtlar Baltik dənizi regionunda sərhədlərə yenidən baxılmasının mümkünlüyü barədə bəyanatlar verir..."
 
2024-cü ildə Baltik dənizində keçiriləcək "BALTORS" hərbi təlimləri tarixdə ən böyük təlimlər olacaq. Bu təlimlərdə NATO-nun 20 ölkəsindən 50 hərbi gəmi iştirak edəcək, artıq 30-dan çox gəmi Klaypeda limanına yan alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə LRT nəşri məlumat yayıb.
 
Qeyd edilir ki, ən iri hərbi-dəniz təlimlərində NATO-nun 20 ölkəsindən 9 min hərbi qulluqçu, 50 gəmi və 80 təyyarə iştirak edəcək. Sayca 53-cü olan təlimlər Alyansın birliyini və düşmənlərə müqavimət göstərmək qətiyyətini nümayiş etdirir.
 
"Rusiya son həftə və aylar Baltik dənizi regionunda sərhədlərə yenidən baxılmasının mümkünlüyü barədə bəyanatlar verir, sualtı infrastruktur üçün risklərin artması əlamətləri var və bu təhdidlər NATO-nun indiki təlimlərində əks edilib", - bu barədə hərbi-dəniz əməliyyatları rəisi Qedryus Premeneskas bəyan edib.
 
Nəşr əlavə edib ki, təlimlər Klaypeda limanından başlanacaq, gəmi komandirlərinə sabah tapşırıqlar veriləcək. Əməliyyatlar Baltik dənizinin bütün akvatoroyası boyunca keçiriləcək. Öz növbəsində İsveç ilk dəfə NATO üzvü kimi təlimlərdə iştirak edəcək.
 
"Hərbi-dəniz qüvvələri təlimlərə iki gəmi-minalardan təmizləmə gəmisi və patrul gəmisini cəlb edəcək. Onlar müxtəlif qruplarda öz ali komandirlərinin təlimatlarına uyğun işləyəcək", - Premeneskas izah edib.
 
Həmçinin bəllidir ki, təlimlər zamanı Klaypeda 32 hərbi gəmi qəbul edəcək, onlardan ən böyüyü ABŞ Hərbi-Dəniz Qüvvələrinin 210 metrlik "Nyu-York" təyyarədaşıyan gəmisi olacaq.
 
LRT jurnalistləri əlavə edib ki, "BALTORS-24" təlimlərinin təşkilarçıları ABŞ-ın Avropa və Afrikada Hərbi-Dəniz Qüvvələri və Amerikanın 6-cı donanmasıdır. Fəal əməliyyatlar artıq bu cümə günü başlanacaq.
 
Rusiya donanmasının təhlükəsi - son xəbərlər
 
Ukrayna Cənub Müdafiə Qüvvələrinin strateji kommunikasiyalar mətbuat mərkəzinin rəisi Dmitri Pletençuk bəyan edib ki, iyunun 6-da rusiyalılar uzun fasilədən sonra Qara dənizə raket daşıyıcısının müşayiətilə iki böyük desant gəmisi çıxarıb.
 
"Bu gün onlar Novorossiyskin xarici reydinə iki böyük desant gəmisi çıxarıb. Bu, demək olar ki, hadisədir. Çünki onlar çoxdandır dəniz görməyib.
 
Bu gəmilər qanadlı raket daşıyıcısı olmayan "Alrosa" sualtı gəmisinin müşayiətilə çıxıb. Hətta göyərtəsində 8 vahidədək suüstü qanadlı raket daşıyıcısının müşayiəti ilə də olsa, biz bu vəziyyəti diqqətlə izləyirik", - o, qeyd edib.
 
Pletençuk həmçinin deyib ki, Rusiya sualtı qayıqlardan "Kalibr" raketləri buraxır, o cümlədən iyunun 1-nə keçən gecə rusiyalılar iki sualtı qayıq tətbiq edərək Ukraynaya 8 raket buraxıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
50
moderator.az

10Mənbələr