AZ

Azərbaycanda istirahət mərkəzinə gedən avtobus qəzaya düşdü, ölənlər və xeyli yaralı var

Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Editor.az  APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
84
22
editor.az

10Mənbələr