AZ

Sabah 40 dərəcə isti olacaq

Bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
Azərbaycanda iyunun 6-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 20-24 dərəcə isti, gündüz 31-36 dərəcə isti, bəzi yerlərdə 38° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 19-24 dərəcə isti, gündüz 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacaq.

Seçilən
155
49
ayna.az

10Mənbələr