AZ

QHT “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirlərini davam etdirir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyi “İxtisasını düzgün seç – Mühəndis ol!” adlı layihənin tədbirlərini davam etdirir.

Tədbirin gedişatında hal-hazırda tələbə və müxtəlif təcrübə proqramlarının qaliblərii – Rəhimə Kərimova və Hüseyn Əliyev şagirdlərə tələbəlik həyatından, necə uğur qazanmasından, təcrübə proqramlarında iştirakından danışıblar. Şagirdlərə öz tövsiyələrini veriblər.

Tədbir sonunda şagirdlərlə yarışma keçirilib. Şagirdlər komandalara bölünərək 15 dəqiqə ərzində kağız və yapışqandan istifadə edərək hündür və dayanıqlı konstruksiya qurmaları tapşırığı verilib. Nəticədə şagirdlərin komanda işləmə bacarıqları, məntiqi təfəkkür, mühəndis yanaşması bacarıqları yoxlanılıb.

Tədbirdə 58 nəfər 10 və 11-ci sinif şagirdləri iştirak edib. İştirakçılara layihə çərçivəsində dəftərxana ləvazimatları (layihənin bloknotu və qələm) paylanıb. Layihə Azərbaycan Respublikasının Qeyr-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il Kiçik Qrant müsabiqəsinin qalibi olub. Layihə üzrə daha 1 məktəbdə tədbirlər keçiriləcək.

"Cebhe.info"

Seçilən
97
26
cebheinfo.az

10Mənbələr