AZ

ABŞ səfirliyinə hücum edildi - Yaralılar var

Livanın paytaxtı Beyrutda ABŞ səfirliyinə hücum edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Amerika diplomatik missiyası bildirib. 

Naməlum şəxs səfirliyin girişində odlu silahdan atəş açıb. Mühafizəçi və Suriya vətəndaşı olan hücumçu yaralanıb. 

Livan ordusunun, təhlükəsizlik qüvvələrinin və səfirliyin mühafizəçisinin cəld reaksiyası sayəsində bina və işçilərin təhlükəsizliyi təmin edilib. 

Hücumçu həbs olunaraq xəstəxanaya aparılıb. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
28
unikal.az

10Mənbələr