AZ

“Ukrayna Silahlı Qüvvələri bu çuxurdan çıxdı” – Ceyk Sallivan

ABŞ silah tədarükünü bərpa etdikdən sonra Ukrayna ordusu bəzi əsas rayonlarda mövqelərini gücləndirə biliblər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ Konqresi uzun müddət Ukraynaya əlavə hərbi yardımın ayrılmasını təsdiq edə bilmədiyi üçün Ukrayna qoşunları “dərin çuxurda” qalmışdılar:

“Ukrayna Silahlı Qüvvələri bu çuxurdan çıxdı. Biz əsas yerlərdə mövqelərin gücləndirilməsinin şahidi olduq. Biz gördük ki, onlar Rusiyanın hücumuna tab gətirirlər”.

ABŞ prezidentinin köməkçisi əlavə edib ki, bu, ilk növbədə Xarkovun şimalındakı vəziyyətə aiddir.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
konkret.az

10Mənbələr