AZ

Dərnəgül Boru Zavodu cərimələnə bilər

Dərnəgül Boru Zavodu QSC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, zavod barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib oluunub.

Protokol Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
96
13
e-huquq.az

10Mənbələr