AZ

Tramp may ayında seçki kampaniyası üçün rekord məbləğdə pul toplayıb


ABŞ-nin keçmiş prezidenti Donald Trampın tərəfdarları may ayında onun seçki kampaniyasına rekord məbləğdə, 300 milyon dollar ianə veriblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə siyasətçinin özü bazar ertəsi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Tramp kampaniyası və Trampı dəstəkləyən digər təşkilatlar təkcə may ayında demək olar ki, 300 milyon dollar toplayıblar. Bu, rekord göstəricidir!" - o, bildirib.
Respublikaçı əlavə edib ki, 2 milyon insandan alınan kiçik ianələrdən 141 milyon dollar toplanıb, onların 25%-i ilk dəfə 2024-cü ildə onun kampaniyasına ianə verib.
Qeyd edək ki, bundan əvvəl Tramp Nyu-York məhkəməsi münsiflər heyətinin onu “Trump Organisation”ın maliyyə sənədlərini saxtalaşdırmaqla bağlı cinayət işi üzrə təqsirli bildikdən sonra bir gündə 50 milyon dollardan çox ianə topladığını bildirmişdi.
Xatırladaq ki, respublikaçı maliyyə saxtakarlığı işində bütün 34 maddə üzrə təqsirli bilinib və hökmün elan edilməsi iyulun 11-nə təyin edilib.
Tramp Kapitoliyə hücum, məxfi sənədlərin düzgün saxlanmaması və 2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə də daxil olmaqla bir sıra başqa işlərdə təqsirli bilinir.
Amerika Konstitusiyası prezidentliyə namizədlərə cinayət məsuliyyətinə görə məhdudiyyətlər qoymur. Bu baxımdan Tramp kriminal keçmişinə baxmayaraq həm prezidentliyə namizəd ola, həm də bu postu tuta biləcək.
Seçilən
95
41
yeniavaz.com

10Mənbələr