AZ

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var – FOTO  

Kürdəmirdə ağır qəza baş verib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Ford” markalı mikroavtobus Kürdəmir istiqamətində hərəkətdə olarkən həmin yolda hərəkətdə olan kombayna çırpılıb. 

Nəticədə “Ford”un sürücüsü Göyçay rayon sakini, 1966-cı il təvəllüdlü Həsrətov Namiq Mahmud oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda fakt araşdırılır. 


Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
bizim.media

10Mənbələr