AZ

Kılıç Sallivan ilə Qəzzada davam edən hücumları müzakirə ediblər

Bakı. TurkicWorld:

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıçla ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən İsrailin Qəzzada davam edən hücumları, Ukraynadakı vəziyyət və digər regional məsələlər dəyərləndirilib.

Kılıç və Sullivan prioritet məsələlərdən olan terrorla mübarizə və ikitərəfli gündəm mövzularını da müzakirə edərək, regional təhlükə yaradan PKK, FETÖ və İŞİD-ə qarşı terrorla mübarizədə əməkdaşlığı vurğulayıblar.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
turkic.world

10Mənbələr