AZ

Emil Bədəlov haqqında yayılan iddialara cavab verdi - VİDEO

Müğənni Emil Bədəlov haqqında yayılan iddialara cavab verib.

"Unikal"ın məlumatına görə, ifaçı xeyli çəki atmasının səbəbini "Zaurla Günaydın" verilişində açıqlayıb. 

"Əslində, efirdə belə söhbətlər etməyi xoşlamıram. Novruz bayramında bağdaydıq. Həmin zaman diş implantı həyata keçirmişdim. Şəkil çəkdirən zaman diş sırasını bərpa edən qapağı çıxarmışdım. Saytlar şəkil barəsində xoşagəlməz sözlər yazmışdılar, lakin məsələnin nə yerdə olduğunu biləndə zəng edib üzr istədilər. Pis adam hər zaman pis görəcək. Kökələndə deyirlər kökəlmisən, arıqla, arıqlayanda deyirlər ki, pis yola düşmüsən", - deyə müğənni bildirib. 

Qeyd edək ki, E.Bədəlovun narkotik istifadəçisi olduğu iddia edilirdi. 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
unikal.az

10Mənbələr