AZ

Ukrayna Rusiyada hansı hədəfləri vurub? – Fotolar

ABŞ Xarkov vilayətini qorumaq üçün Qərb silahlarının Rusiya ərazisinə zərbə endirməsinə icazə verdikdən sonra Ukrayna bəzi hədəfləri vura bilib.

Bazar günü, iyunun 2-də kosmosdan çəkilmiş bir fotoşəkil Ukraynanın “Şebekino Ağac İşləmə Müəssisəsi” MMC-nin binasını vurduğunu təsdiqləyir. Teleqram kanallarında bunu Amerikaya məxsus “HIMARS MLRS”-in Belqorod bölgəsinə ilk zərbəsi adlandırırlar. Amma bir gün əvvəl - şənbə günü Belqorod vilayətində tapılan “HIMARS MLRS” raketlərinin fraqmentləri rusiyalı hərbi müxbir Yevgeni Poddubnı tərəfindən yayılıb.

Şebekinoya hücumun nəticələrini əks etdirən fotoda “İskəndər” operativ-taktiki raket kompleksinin raket pərdəsini xatırladan konus görünür. Münaqişələrin Kəşfiyyat Qrupunun analitikləri bu identifikasiya ilə razılaşmırlar və hesab edirlər ki, fotoşəkildə əyilmiş metal təbəqə, məsələn, yanğın zamanı əyilmiş boru parçası ola bilər. Rusiya mənbələri də müəssisənin ərazisində “İsgəndər” raketlərinin olmasını inkar edirlər.

İyunun 3-də “Spy Dossier” teleqram kanalı Ukraynanın “HIMARS MLRS”-dən endirdiyi zərbədən sonra Belqorod vilayətində zədələnmiş “S-400” Zzenit-Raket Komplekslərinin fotoşəkillərini dərc edib. 

Fotoların nə vaxt çəkildiyi açıqlanmır. Zərbə yeri kimi Belqorod mərkəzindən 18 kilometr şimalda, Kiselevo kəndi yaxınlığındakı sahə geolokasiya edilib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
azpolitika.info

10Mənbələr