AZ

Müharibə başlayandan əsirlikdə olan ukraynalı polis yaşadıqlarından danışdı - FOTO

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, ötən həftə Kiyev və Moskva arasında 52-ci məhbus mübadiləsi baş tutub. 

"Unikal"  xəbər verir ki, Rusiya əsirliyindən azad edilənlərdən biri də 24 yaşlı Ukrayna polisi Mariana Çeçelyukdur. Qadın 2 il əsirlikdə yaşadıqlarını yerli KİV-ə danışıb. 

2022-ci ilin aprelində Rusiyanın həyata keçirdiyi hücumlarda əsir götürülən 24 yaşlı Çeçelyuk, "Bizə pis baxırdılar və səhhətim pisləşmişdi. Bronxit olmuşam. Məni ac qoydular, döydülər, təhqir etdilər", - deyib. 

Çeçelyuk həbsxanada olarkən zorakılığa məruz qaldığını da bildirib, anası isə “Ruslar qızımı böyük pul və vədlərlə aldadıb, tərəfini dəyişməsini istəyiblər, qızım isə bundan imtina edib”, - deyə vurğulayıb. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
50
unikal.az

10Mənbələr