AZ

Gürcüstan parlamentinin sədri bu gün “Xarici agentlər "haqqında qanunu imza atacaq

Gürcüstan parlamentinin sədri bu gün “Xarici agentlər "haqqında qanunu imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Azərbaycan" nəşri yayıb.

Mənbə qeyd edir ki, prosedura görə, veto aradan qaldırıldıqdan sonra qanun üç gün ərzində yenidən prezidentə imzalanmaq üçün göndərilir. 

Əgər dövlət başçısı beş gün ərzində onu imzalamasa, qanun parlamentin spikeri tərəfindən imzalanır və dərc olunur, bundan sonra qüvvəyə minir.
Xatırladaq ki, adı çəkilən qanun layihəsinə etiraz edənlər uzun müddətdir ki, paytaxt Tiflis şəhərində mitinqlər keçirirlər. 

Bizim.Media

Seçilən
92
50
bizim.media

10Mənbələr