AZ

ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR

Yaxın gələcəkdə Kanada hibrid donuzları ABŞ-a hücuma başlaya bilər və ölkəyə milyonlarla dollar dəyərində ciddi ziyan vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın bu fenomenə ən çox həssas olan əraziləri şimal-şərqi Montana, Şimali Dakota, Cənubi Dakota və qərb Minnesotadır.

Artıq bu heyvanlar Amerika kənd təsərrüfatına 2,5 milyard dollar dəyərində ziyan vurub. Tədqiqatçılar qeyd edirlər ki, donuzlar bitkilərin köklərinə və həşərat sürfələrinə çatmaq üçün əkinləri, xüsusilə qarğıdalıları yeyirlər, həmçinin müxtəlif xəstəliklərin daşıyıcısıdırlar.

Bu heyvanlar 1980-ci illərdə Kanadaya gətirilən ev donuzu və Avrasiya qabanının hibrididir. 2001-ci ildə onların əhəmiyyətli bir hissəsi təbiətə buraxılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
2
publika.az

10Mənbələr