AZ

Tacikistanda zəlzələ baş verib

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi - Xoroq şəhərindən 44 kilometr aralıda 4,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Mərkəzi Asiya ölkələrində zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların mənbəyi 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ İranda da hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Seçilən
105
25
oxu.az

10Mənbələr