AZ

Çempionlar Liqasının finalı zamanı 53 nəfər saxlanılıb

Britaniya polisi Çempionlar Liqasının finalının keçirildiyi Londondakı “Uembli” stadionunda 53 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə polisin mətbuat xidməti X sosial şəbəkəsində məlumat verib.

Qeyd olunur ki, 5 nəfər stadiona daxil olub, qalanları isə “təhlükəsizlik tədbirlərini pozmağa” cəhd ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta biletlərdən istifadə edərək tribunalara daxil olmaq cəhdlərinin də qarşısını alıb.

İyunun 1-də “Real” Çempionlar Liqasının 2023/2024 mövsümünün finalında qalib gəlib. Londonun “Uembli” stadionunda Dortmund “Borussiya”sı ilə görüş 2:0 hesabı ilə başa çatıb.

Seçilən
123
9
ikisahil.az

10Mənbələr