AZ

Bakıda evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən məlumata görə, məlumatla əlaqədar qurumun Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə əraziyə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
147
8
unikal.az

10Mənbələr