AZ

İrəvanda aksiyaçılar belə saxlanılıb - Video

Xəbər verdiyimiz kimi, İrəvanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları Ermənistan Xarici İşlər Nazirliyinin binası önündə keçirilən etiraz aksiyası bu gün başa çatıb. Polisin aksiya iştirakçılarına qarşı güc tətbiq etdiyi qeyd olunur. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan ölkənin xarici işlər naziri Ararat Mirzoyanın etirazçılarla görüşünü tələb edib. Aksiya çərçivəsində 29 nəfər saxlanılıb. 

Seçilən
128
33
qafqazinfo.az

10Mənbələr