AZ

Peskovdan Trampın məhkəmə qərarına reaksiya: "Siyasi rəqiblər hər vasitə ilə aradan qaldırılır"

"ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı irəli sürülən ittihamlar hazırkı hakimiyyətin siyasi rəqiblərini istənilən vasitə ilə aradan qaldırmaq cəhdlərinə bənzəyir".
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib.
"Məhkəmələrimizin qərarları barədə kənardan nəsə fikir bildiriləndə bu, bizim qətiyyən xoşumuza gəlmir. Biz də öz növbəmizdə üçüncü ölkələrdə və Trampla bağlı bu hekayədə hər hansı digər qərarlarla bağlı şərh verməməyə çalışırıq. Biz bilirik ki, məhkəmənin qərarı hələ açıqlanacaq, hələ açıqlanmayıb. Lakin ümumi olaraq Trampdan danışsaq, orada faktiki olaraq siyasi rəqiblərin bütün mümkün qanuni və qeyri-qanuni yollarla aradan qaldırılması prosesi gedir", - deyə Peskov vurğulayıb.
Kreml nümayəndəsinin fikrincə, bütün dünya bunu çılpaq gözlə görür.
Qeyd edək ki, mayın 30-da Nyu-Yorkda andlılar məhkəməsi Donald Trampı keçmiş pornoaktrisa Stormi Danielsə pul ödənişi zamanı "Trump Organization" şirkətinin maliyyə qeydlərini saxtalaşdırmaqda məsul bilib. Eks-prezident bütün 34 maddə üzrə təqsirli bilinib. Hökmün çıxarılması iyulun 11-nə təyin edilib.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
44
oxu.az

10Mənbələr