AZ

"Rusiya Ukraynanın bu ərazisinə nüvə zərbəsi endirə bilər" - Politoloqdan ŞOK XƏBƏRDARLIQ

“Rusiya Silahlı Qüvvələri Ukraynanın qərbinə – F-16-nın yerləşdiyi əraziyə nüvə zərbəsi endirə bilər”.

Turkustan.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov özünün “Telegram” kanalında yazıb.

O bildirib ki, Rusiya qoşunları Ukraynanın qərbində yerləşən F-16-ya taktiki nüvə silahı ilə zərbə endirə bilər.

Markovun fikrincə, Moskvanın Ukraynadakı münaqişəni gərginləşdirmək üçün iki ehtimal variantı var. Rusiya qoşunları ya Amerika təyyarələrinin yerləşdiyi yerə zərbə endirə, ya da Qərbin Ukrayna silahlı qüvvələrinə bu cür silahları ötürməsini gözləyə bilər.

Markov hesab edir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna ərazisinə hücumla bağlı bəyanatı F-16 qırıcılarının Ukraynada görünəcəyi təqdirdə Rusiyanın NATO ölkələrinə qarşı taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu göstərir. O, hətta mümkün tarixi – iyunun 22-i olaraq qeyd edib.

Markov hesab edir ki, hücum Ukraynanın qərbindəki aerodromlara yönələcək. konkret.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
50
turkustan.az

10Mənbələr