AZ

İki qadın arasında qaldı, körpəsinin anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT + FOTOLAR

İtaliyada dəhşətli qətl hadisəsi qeydə alınıb.

Gundem.az bildirir ki, hadisə ötən il baş verib. Belə ki, 7 aylıq hamilə ikən evinin vanna otağında meyiti tapılan 29 yaşlı Quliya Tramontanonun ölümünün detalları açıqlanıb.

Qan donduran qətlin qurbanı olan Quliyanın çətin günləri 2022-ci ilin sonunda hamilə olduğunu öyrəndikdən sonra başlayıb. Körpəsinin atası Alessandro İmpagnetiello uzun müddət qəribə davranış sərgiləyib. Yeni ilin ilk həftələrində sevgilisinin telefonunu yoxlayan gənc qadın Alessandronun işdən sonra həmişə eyni yerə getdiyini aşkar edib. Xəyanətdən şübhələnən Quliya körpəni abort etmək qərarına gəlib, lakin sevgilisi qəti şəkildə imtina edib. Abort üçün vaxtı məhdud olan qadın nəhayət ki, uşağı dünyaya gətirmək qərarına gəlib. Barmen işləyən 30 yaşlı Alessandronun beynində isə dəhşətli bir plan var imiş. O, sevgilisini və hələ doğulmayan uşağını yavaş-yavaş zəhərləyib öldürmək qərarına gəlib. Hamiləliyinin son aylarında səhhətində problemlər yaşayan Quliya ətrafdakılara tez-tez mədə yanmasından şikayətlənib. Qəribə qoxular gəldiyini deyən qadın yavaş-yavaş zəhərləndiyinin fərqində olmayıb. Polis qətldən sonra kişinin kompüterinə baxış keçirib və dölün öldürülməsi üçün lazım olan zəhərin dozaları ilə bağlı internet axtarışlarını aşkar edib. Məhkəmə-tibb ekspertizasının apardığı toksikoloji müayinələrdə həm anada, həm də bətnindəki körpədə zəhərin izləri müəyyən olunub.

Bildirilib ki, sevgilisinin yeməklərinə ammonyak və siçan zəhəri kimi kimyəvi maddələr qataraq gənc qadını yavaş-yavaş zəhərləyən Alessandronun təxminən bir il imiş ki, başqa münasibəti olub: “O, 23 yaşlı britaniyalı bir qadınla əlaqədə idi. Adı açıqlanmayan və yalnız ofisiant işlədiyi bilinən ikinci sevgilisi aldadıldığını öyrənib. Alessandro isə ona körpənin atası olmadığını göstərən saxta DNT testi göstərib. Quliyanın ruhi xəstə olduğunu və intihar edə biləcəyini iddia edən kişi hər iki qadını bir müddət daha idarə edə bilib. Lakin 27 may 2023-cü il tarixində, aldadıldığını anlayan qadın sosial şəbəkə vasitəsilə o zaman 7 aylıq hamilə olan Quliya ilə əlaqə yaradıb və ona hər şeyi danışıb. İki qadın eyni gündə görüşüb danışıblar. Evə sarsılmış halda gələn Quliya dincəlmək üçün vanna otağına getsə də, duş qəbul edərkən Alessandro tərəfindən 37 bıçaq zərbəsi alıb. Məhkəmə sənədlərinə görə, 30 yaşlı qatil gənc qadını öldürdükdən sonra rahat şəkildə futbol matçına baxıb, daha sonra qadının cəsədini avtomobilinin baqajına qoyub və anası ilə nahara gedib”.

Sözügedən olayı məhkəmədə danışan Alessandro dediyi yalanların içində boğulduğunu etiraf edib: “O, məhkəmədə etiraf edib ki, qadını öldürdükdən sonra onu vannada yandırmağa çalışıb, lakin bacarmadığı üçün meyiti Milanda tərk edilmiş əraziyə atıb. Hamilə sevgilisini öldürdükdən sonra telefonuna “xahiş edirəm, geri qayıt”, tipli mesajlar göndərən Alessandro qətlin izlərini təmizləyərək Quliyanın itkin düşdüyünü polisə xəbər verib. Alessandro polis tərəfindən dindirilmə zamanı həqiqətləri etiraf etməli olub”.

Seçilən
97
46
gundem.az

10Mənbələr