AZ

Ermənistanda daşqın nəticəsində zədələnmiş dəmir yolunun bərpası üçün Rusiya ilə razılıq əldə olunub

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Lori və Tavuş bölgələrində daşqınlar nəticəsində zədələnmiş dəmir yolunun tikintisi ilə bağlı Rusiya ilə razılıq əldə olunub.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib.

"Görünür, rusiyalı tərəfdaşlarla dəmir yolunun tikintisi ilə bağlı razılıq əldə olunub", - Paşinyan bildirib.

Bundan əvvəl hökumətin iclası zamanı ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, yolun müxtəlif hissələrində dağıntılar təxminən 2 km-ə çatır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
35
big.az

10Mənbələr