AZ

Nyu Yorkda 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimiz arasında voleybol çempionatı keçirilib

Bakı, 30 may, AZƏRTAC

ABŞ-nin Nyu York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimizdən ibarət həvəskar komandaların yarışdığı "Nyu York-Bruklin" voleybol çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan idman yarışında beş komanda (Nyu Cersi, Nyu York, Pensilvaniya, Nyu York- Bruklin və Boston) iştirak edib.

Gərgin mübarizə şəraitində keçən yarışda "Nyu York-Bruklin" komandası çempion adını qazanıb. Çempion komandaya diplom və hədiyyələr təqdim olunub.

Bu cür idman tədbirlərinin əhəmiyyətindən danışan Assosiasiyanın sədri Elgün Xanoğlanlı xalqımızın şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən də bəhs edib. O, Amerikada yaşayan azərbaycanlı gənclərin müxtəlif peşə sahələrində, eləcə də idmanda ölkəmizi layiqincə təmsil etdiklərini deyib. E. Xanoğlanlı rəhbərlik etdiyi assosiasiya tərəfindən təşkil olunan idman yarışlarının yerli ictimaiyyətin diqqətini çəkdiyini və bu görüşlərin mütəmadi keçiriləcəyini bildirib.

Görüşdə iştirak edən idmançılar öz güclərini ipdartma yarışında da sınayıblar.

Seçilən
155
3
azertag.az

3Mənbələr