AZ

Gəncə Dövlət Filarmoniyası cərimələnə bilər

Gəncə Dövlət Filarmoniyasına cərimə protokolu yazılıb.

E-huquq.az- xəbər verir ki, Gəncə Dövlət Filarmoniyası barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
91
11
e-huquq.az

10Mənbələr