AZ

Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 2 milyard 674,43 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,06 % çoxdur.

Bu ilin mart ayında Azərbaycan Türkiyəyə 1 milyard 20,93 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 10,63 % çoxdur.

Bununla da martda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 23,64 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin mart ayında Türkiyə Azərbaycandan 922,81 milyon kubmetr təbii qaz idxal edib.

Ümumilikdə isə martda Türkiyə ümumilikdə 4 milyard 317,70 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 5,27 % azdır.

Martda Rusiya Türkiyəyə qaz ixracına görə birinci olub. İlin 3-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 806,83 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin mart ayı ilə müqayisədə 33,48 % çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
134
23
banco.az

10Mənbələr