AZ

Paşinyan ümid edir ki, Azərbaycanla sülh müqaviləsi imzalanacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ümid edir ki, Ermənistanla Azərbaycan sülh müqaviləsi imzalaya biləcək. Bu barədə Paşinyan jurnalistlərin suallarını cavablayərkən deyib. 
 
"Hər gün sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir. Problem ondadır ki, sülh müqaviləsinin mətni ilə bağlı hələ də razılıq yoxdur, lakin bu müqavilənin imzalanması mümkün ola bilər. Bizim bu işi ən qısa zamanda başa çatdırmaq imkanımız var”, - Paşinyan bildirib.

Paşinyan söyləyib ki, sülh müqaviləsinin sənədlərində ciddi irəliləyişlər var, lakin bu finişə çatmaq deyil. 

Bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır. 

Bundan öncə Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
4
anews.az

10Mənbələr